AZ

"Yuventus" yeni qapıçı ilə müqavilə imzalayıb

İtaliya Seriya A təmsilçilərindən "Monza"nın qapıçısı Mişel di Qreqorio yaxın günlərdə "Yuventus"a keçəcək

Apasport.az xəbər verir ki, hələ may ayında 26 yaşlı futbolçu ilə “qoca sinyora” arasında ilkin razılıq əldə edilib .

İnsayder Fabrizio Romanonun sözlərinə görə, Qreqorio bu gün Turin komandası ilə müqavilə imzalayacaq. Klub tezliklə italiyalının transferini rəsmən təsdiqləyəcək.

Xatırladaq ki, müqavilə “Yuventus”a 20 milyon avroya başa gələcək.

Ötən mövsüm qapıçı A Seriyasında "Monza" üçün 33 oyun keçirib, 35 qol buraxıb. 

Seçilən
121
8
apasport.az

10Mənbələr