AZ

İranda prezident seçkiləri: II tur - SƏSVERMƏ BAŞLAYIB

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bütün səslər hesablandıqdan sonra ölkədə seçkilərin nəticələrinin iyulun 6-da səhər saatlarında məlum olacağı gözlənilir.

Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparırlar.

Qeyd edək ki, iyunun 28-də İranda 4 namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçiblər.

Seçilən
103
19
korrespondent.az

10Mənbələr