AZ

İranın Ali Lideri seçkilərdə iştirak edib

Bakı. Trend:

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün (5 iyul)İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turundasəsvermədə iştirak edib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

İranın Ali Lideri Tehranda İmam Xomeyni adına ibadətgahdayaradılan 110 saylı mobil səsvermə dairəsində səs verib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideriümid edib ki, İran vətəndaşları səsvermədə iştirak edəcək və ənyaxı seçimi edəcəklər.

Xamenei qeyd edib ki, vətəndaşların səsverməsi ilə sabah İrandaprezident müəyyənləşəcək.

Qeyd edək ki, Bu gün (5 iyul) İranda növbədənkənar prezidentseçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. İranprezident seçkilərinin 2-ci turunda 2 namizəd – Məsud Pezeşkian vəSəid Cəlili rəqabət aparır. Seçkilərdə ən çox səs qazanan namizədqalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlərNazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadılabilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçicisəsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlikrəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Seçilən
49
2
az.trend.az

1Mənbələr