AZ

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb

Bakı. Trend:

Bu ilin I yarısında "Bakı Metropoliteni" QSC-də 1 milyon 725 min35 sərnişin QR biletdən istifadə edib.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə ötən ay isə QR biletlə ödəniş edənistifadəçilərin sayı mayla (447 min 237 sərnişin) müqayisədə 66,6 %artaraq, 745 min 138 sərnişin təşkil edib. Bu ödəniş üsulu iləmetropolitenə daxil olanların orta statistik gündəlik sayı ayərzində ilk dəfə 20 min həddini keçib - 24 min 838 sərnişinolub.

Ay ərzində ən çox sərnişin iyun ayının 28-də qeydə alınıb və birgün üçün 38 min 890 nəfər təşkil edib. Mayda rekord göstərici 22min 55 sərnişin olmuşdu. Ümumiyyətlə, iyun ayının 14-dən sonra işgünlərində QR bilet istifadəçilərinin sayı günbəgün artmaqla, 30min sərnişindən çox olub.

İlin ilk 4 ayı üzrə yanvarda 109 min 680, fevralda 148 min 25,martda 177 min 567 və apreldə 257 min 198 sərnişin QR biletistifadəçisi kimi metropolitenə daxil olub.

Stansiyalar üzrə statistikada “28 May” stansiyası liderliyiniqoruyur və bir ay ərzində 30 minə yaxın sərnişin artımı ilə 70 minhəddini keçib. Stansiyada 70 min 36 sərnişin QR biletlə ödənişedib. Daha 4 stansiyada isə bir ay ərzində 50 min sərnişin səddiaşılıb: “Gənclik” (59 min 473), “Nərimanov” (53 min 125), “Koroğlu”(52 min 289) və “20 Yanvar” (51 min 743).

Seçilən
44
44
az.trend.az

10Mənbələr