AZ

Sumqayıtda 45 yaşlı kişi dənizdə batıb

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Sumqayıtda 45 yaşlı kişi dənizdə batıb. AYNA “Report”a istinadən məlumat verir ki, hadisə çimərlik üçün nəzərdə tutulmayan ərazidə baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Nüsrət Yolçu oğlu Abdullayev dənizdə çimərkən boğulub.
Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
11
ayna.az

10Mənbələr