AZ

BMT-nin Cenevrə ofisinin rəhbəri Azərbaycana səfər edib » AzadMedia.az


BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, iki strukturun COP29 çərçivəsində birgə fəaliyyəti ilə bağlı layihələr müzakirə olunub.

Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin yüksək səviyyədə həyata keçiriləcəyinə əminlik ifadə olunub. bəşəriyyət üçün yaşıl, ədalətli, əhatəli və davamlı dünya naminə həmrəyliyin gücləndirilməsi, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə edilməsi istiqamətində növbəti addımdır.

Sonra qonaq Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.
Seçilən
78
40
azadmedia.az

10Mənbələr