AZ

Biometrik pasportu olmayan ruslar Çexiyaya buraxılmayacaq

Çexiya hökuməti Rusiya vətəndaşlarına ölkəyə biometrik pasportsuz daxil olmanı qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, köhnə tipli hesab olunan xarici pasportlarla ölkə ərazisində olmaq qadağan edilir, çünki onu saxtalaşdırmaq asandır.

“Təhlükəsizlik hökumətimiz üçün prioritetdir. Biz növbəti təxribatı gözləməyəcəyik. Ölkəmizdə qalmaq istəyən hər kəs ona etibar edilə biləcəyini göstərməlidir”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media

Seçilən
26
7
bizim.media

8Mənbələr