AZ

Zelenski: “Ukraynasız Rusiya sıfırdır”

“Mən 100% əminəm ki, Ukraynasız Rusiya sıfırdır”.

KONKRET.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, Ukrayna və Belarus olmadan Rusiya Federasiyası “imperiya” olmayacaq:

“Ona görə də Putin öz təsirini bu ölkələrə genişləndirmək üçün sona qədər mübarizə aparacaq. Biz hamımız Rusiyanı bu il müharibəni bitirməyə məcbur edə bilərik. ABŞ və Çin fikir ayrılıqlarını bir kənara qoysalar, müharibəni bitirmək üçün birlikdə işləyə bilərlər. Ukrayna çıxılmaz vəziyyətdə deyil və uduzmur”, – deyə o qeyd edib.

Burhan,

KONKRET.az

Seçilən
153
konkret.az

1Mənbələr