AZ

İcazəsiz xaricə gedən deputatların və senatorların mandatları ləğv olunacaq

Rusiyada deputatlar və senatorlar icazəsiz xarici səfərlərə görə mandatlarından məhrum ediləcəklər.

 

Bununla bağlı qanun Dövlət Dumasında birinci oxunuşda qəbul edilib.

 

Parlament palatalarının rəhbərliyi ilə razılaşdırılmadan xaricə gedən parlamentarilərin mandatlardan məhrum edilməsi imkanını nəzərdə tutan təşəbbüs Rusiyanın təhlükəsizliyinə qarşı yeni təhdidlərin yaranması ilə əlaqədar irəli sürülüb.

 

Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların mandatdan məhrum edildikdən sonra xaricə çıxışına müvəqqəti məhdudiyyət qoyulması imkanını da işləyib hazırlamağı tapşırıb.

 

Oxu.az

Tarix: 4 İyul 2024, 23:23   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
pravda.az

10Mənbələr