AZ

“Plastik əməliyyat günahdır”

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu barədə “Şən gənc” verilişində danışıb.

Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib.

“İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”,- Rafael İsgəndərov bildirib.

Seçilən
71
7
baku.ws

10Mənbələr