İyulun 4-də "Gasgoo” nəşrinin saytında dərc olunmuş məqalədə qeyd olunur ki, elektrobusların dövlət satın alınması üzrə tenderdə qalib gələn "BYD” şirkəti elektrik avtobuslarını bir neçə partiya ilə çatdırmağı planlaşdırır.
Bundan əlavə, 2025-ci ildən 2028-ci ilə qədər Azərbaycanın "BYD”dən hər il 200 elektrobus alınması barədə razılıq əldə olunub ki, bunlar "yerlərdə yığılacaq”, – deyə nəşr yazır.
Gələcəkdə tərəflər Azərbaycanda elektrobusların istehsalının yaradılması məqsədilə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
"Gasgoo” xatırladır ki, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.Eektrik avtobuslarından istifadə Azərbaycanın yaşıllaşdırma və karbon qazı emissiyalarının azaldılması təşəbbüslərini həyata keçirməyə kömək edəcək.
Bu gün təxminən 80 min "BYD” elektrik avtobusu 70 ölkənin 400-dən çox şəhərində ictimai nəqliyyatın bir hissəsidir.Şirkətin ən qabaqcıl texnologiyalarından istifadə etməklə yaradılmış "BYD K9UD” elektrik avtobusu etibarlılığı, yüksək səviyyədə təhlükəsizliyi və sərnişinlər üçün rahatlığı təmin edir.
www.anews.az