AZ

“Qarabağ”ın futbolçuları azarkeşlər üçün imza mərasimində

“Qarabağ” klubunun futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub. Matc.az xəbər verir ki, tədbirdə oyunçulardan Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib. Klubun fan-şopunda xüsusi aksiya keçirilib. İmza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə edilib. Qaliblər püşkatma yolu ilə seçilib və hər bir forma “Qarabağ” oyunçuları tərəfindən imzalanıb.    

Seçilən
77
11
matc.az

10Mənbələr