Bakı. Trend:
“Qarabağ” futbolçuları azarkeşləri ilə görüşüb
Trend İdman.biz-əistinadən xəbər verir ki, komandanın fan-şopunda baş tutan görüşdəklubun beş üzvü iştirak edib.
Mərasimdə Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı,Olavio Juninyo və Kevin Medina azarkeşlərlə şəkil çəkdirib və imzaveriblər. Sonda 5 azarkeşə "Qarabağ"ın imzalı forması hədiyyəedilib. Püşkatma yolu ilə seçilən qaliblər “Qarabağ”ın oyunçularıtərəfindən mükafatlandırılıb.