AZ

Əvəz Qocayev sədri Saleh Məmmədovun ondan küsməsinə cavab verdi

Xəbər verdiyimiz kimi, yerli mediada gedən məlumatlara görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla müavini Əvəz Qocayevin arasında problem yaşanıb.

 

Mətbuatda gedən məlumatlarda qeyd edilib ki, artıq müəyyən çevrələrdə Saleh Məmmədovla Əvəz Qocayevin yollarının ayrıldığı da söylənilir.Buna əsas səbəb, Əvəz Qocayevin adının daha çox qalmaqallı məsələlərdə hallanması, qohumlarına vəzifəyə cəlb etməsidir. 

 

AAYDA-nin sədr müavini Əvəz Qovayevin barəsində mətbuatda gedən məlumatlara aydınlıq gətirmək üçün özü ilə əlaqə saxladıq. Sədr müavini 32gun.az-a açıqlamasında barəsində yazılanlardan xəbərsiz olduğunu deyib:

 

"Yazılanlardan xəbərim  yoxdur. Amma mənim Saleh müəllimlə aramda nə problem ola bilər ki, o mənim rəhbərimdir. 

 

O ki qaldı qohumlarımı vəzifəyə qoymaq məsləsinə o da yalandır.

 

Biz öz işlərimizlə məşğuluq, dovlət işləri ilə məşğuluq. Belə şeylərə fikir vermirik".

Tarix: 4 İyul 2024, 20:03   
Seçilən
36
3
pravda.az

4Mənbələr