AZ

Almaniyada Şoltsun partiyasının qərargahı atəşə tutuldu

Almaniyanın Saksoniya əyalətində Sosial Demokrat Partiyasının Drezdendəki qərargahını atəşə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Bild” nəşri yayıb.

Qeyd olunub ki, naməlum şəxslər ştat seçkilərinə bir neçə həftə qalmış təxribat törətmək istəyib:

“Cinayətin siyasi motivli olması istisna edilmir. Bu bizi əlavə təhlükəsizlik tədbirləri görmək barədə düşünməyə vadar edir. Ancaq bir şey aydındır: heç bir təxribat bizi qorxutmayacağıq”, – deyə SPD-nin Saksoniyadakı lideri Henning Homann bildirib.

Qeyd edək ki, Sosial Demokrat Partiyasının lideri  Almaniyanın hazırki kansleri Olaf Şoltsdur.

Burhan,

KONKRET.az

Seçilən
51
1
konkret.az

2Mənbələr