AZ

Müsavat seçkilərdə iştirak qərarı verdi

İyulun 4-də Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Viral.az xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub.

Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. 

Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana səlahiyyət verib.

Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.

Seçilən
93
2
viral.az

3Mənbələr