AZ

İcazəsiz xaricə gedən rusiyalı deputatların mandatı ləğv ediləcək

Rusiyada xaricə icazəsiz səfər edən deputat və senatorların səlahiyyətlərinə xitam veriləcək.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı qanunu qəbul edib. 

Sözügedən qanun layihəsini senator Vyaçeslav Timçenko və deputatlar Oleq Morozov, Vasiliy Piskarev və Viktor Pinskiy təklif edib. 

Bu təklif xüsusi hərbi əməliyyat, sanksiya təzyiqi və xarici xüsusi xidmət orqanlarının fəaliyyəti şərtlərində Rusiyanın təhlükəsizliyinə təhdidlərin yaranması ilə izah edilib. 

Qanun layihəsi iyunun sonunda Dövlət Dumasına təqdim edilmişdi.

Bizim.Media

Seçilən
83
9
bizim.media

10Mənbələr