AZ

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Gəncə və Göygöldə kiçik, Tovuz və Tərtərdə orta, Ağstafa və Naftalanda yüksək, Ağdam və Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə daxildir.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Qəbələ, Oğuz, Zaqatala və Balakəndə orta yanğın təhlükəsi növünə aiddir.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Qusarda kiçik, Xızı və Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda kiçik, İsmayıllı və Qobustanda isə orta yanğın təhlükəsi növünə daxildir.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik və Astarada kiçik, Yardımlı və Lənkəranda isə orta yanğın təhlükəsi növünə aiddir.

Qeyd edək ki, iyulun 5-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
13
azertag.az

10Mənbələr