AZ

“Silk Vey Vest”in gəlirləri 2023-cü ildə azalması ilə xalis mənfəəti 11 dəfə azalıb

“Silk Way Holding”ə daxil olan aviaşirkət “Silk Vey Vest” MMC-nin gəlirləri 2023-cü ildə kəskin düşməsi onun xalis mənfəətinə mühüm təsiri olub.

Banker.az xəbər verir ki, bu barədə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Aviaşirkətin gəlirləri 2022-ci ildə 3 milyard 225 milyon manat olduğu halda, 2023-cü ildə bu rəqəm 1 milyard 913 milyon manata düşüb. Bu da illik müqayisədə son ildə gəlirlərin 1 mlrd. 312 mln. manat və ya 41 faiz azalması deməkdir.

Şirkətin ümumin əməliyyat xərcləri hesabat müddətində 1,726 mln. manat olub ki, illik xərclərin 14 faiz azalması deməkdir.

Göründüyü kimi, xərclər gəlirlərdən daha zəif dinamika ilə azalıb. Bu, xalis mənfəətin 2022-ci ildə 940 mln. manatlıq gəlirin 2023-cü ildə 82 mln. manata düşməsinə səbəb olub. Beləliklə, xalis mənfəət gəlirlərin kəskin enişi səbəbindən 11 dəfə (91% az) azalmasına səbəb olub.
324242342322

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
banker.az

10Mənbələr