AZ

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub (FOTO)

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda QazaxıstanPrezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvətoplantısında iştirak edən Azərbaycan Prezidenti İlham ƏliyevinAstanada keçirdiyi görüşlər, həmçinin tədbir çərçivəsində“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındastrateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” və“Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk-Kazına” Milli RifahFondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”ninimzalanması dünyanın bir çox nüfuzlu media orqanı tərəfindən genişişıqlandırılıb.

Trend xəbər verir ki,Rusiyanın geniş oxucu kütləsinə malik olan media orqanlarıPrezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsindərusiyalı həmkarı Vladimir Putinlə görüşü haqqında xəbərlər vəməqalələr dərc edib.

TASS informasiya agentliyinin “Əliyev Putinlə görüşdə ikiölkənin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyətini qeyd edib”sərlövhəli məqaləsində bildirilir ki, Azərbaycanın dövlət başçısıticarətdə milli valyutalarda qarşılıqlı hesablaşmaların artmasını,bu rəqəmin Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çox,Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxın olmasıfaktlarını sevindirici hal adlandırıb. Agentlik diqqətə çatdırıbki, Rusiya və Azərbaycanın liderləri iki ölkə arasında əmtəədövriyyəsinin artmasından, habelə humanitar sahədə əməkdaşlığıninkişafından məmnunluq ifadə ediblər.

“Kommersant” qəzetində dərc olunmuş materialda iki müttəfiqölkənin liderlərinin dövlətlər arasında qarşılıqlı fəaliyyətingücləndirilməsi barədə fikirləri yer alıb. Qəzet Prezident İlhamƏliyevin Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin, habeləmilli valyutalarda hesablaşmaların artması ilə bağlı sitatını datəqdim edib.

“Komsomolskaya Pravda” qəzeti isə Prezident İlham Əliyevin görüşəsnasında Azərbaycanda rus dilinə göstərilən qayğı, məktəblərdə rusdilində təhsilin miqyası ilə bağlı fikirlərini təqdim edib.Məqalədə dövlətimizin başçısının çıxışından aşağıdakı sözlər sitatgətirilib: “Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır,150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rusdilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki,vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdəolacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimidanışacaqlar”.

Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinləgörüşü haqqında Rusiyanın “RİA Novosti” agentliyinin saytında,“News.ru”, “Profile.ru”, Moskovski Komsomolets”, “Life.ru”,“Smotrim.ru” və digər qəzet və portallarında, habelə “Birincikanal”, “Mir24”, RTR telekanallarının saytında xəbər və məqalələrdərc olunub. Materiallarda dövlətimizin başçısının Rusiya iləmüttəfiqlik qarşılıqlı fəaliyyətinin uğurla davam etməsi, 2022-ciildə imzalanan Müttəfiqlik Bəyannaməsini bütün bəndlərinin realhəyatda öz əksini tapması barədə fikirləri yer alıb. Rusiya mediasıvurğulayıb ki, Prezident İlham Əliyev artıq iki ildən artıqdır ki,müttəfiqlik birgə fəaliyyətin yaxşı nəticələr verdiyini qeydedib.

Qazaxıstan mediası isə ŞƏT-in Zirvə toplantısında iştirak edənAzərbaycan Prezidenti İlham Əliyevin qazaxıstanlı həmkarıKasım-Jomart Tokayev ilə görüşü barədə geniş materiallar dərcedib.

Bu ölkənin “İnform Buro” agentliyinin saytında dərc olunmuşməqalədə qeyd olunub ki, dövlətimizin başçısı QazaxıstanPrezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalarınhəyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davametdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk DövlətləriTəşkilatının Qarabağda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısındadavam edəcəyini bildirib. Həmçinin qazaxıstanlı oxucularındiqqətinə çatdırılıb ki, liderlər – İlham Əliyev və Kasım-JomartTokayev Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətləri qeydedib, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşmamemorandumunun əhəmiyyətini vurğulayıb və bu xüsusda artıq konkretlayihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlarverildiyini diqqətə çatdırıblar.

“Zakon.kz” portalının “İlham Əliyev Qazaxıstanın beynəlxalqarenada nüfuzunu qeyd edib” sərlövhəli məqaləsində isə dövlətimizinbaşçısının Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyidəstəyə görə Qazaxıstana təşəkkür etməsi və Kasım-Jomart TokayevinAstana danışıqlarının keçirilməsinə razılıq verdiyinə görə İlhamƏliyevə minnətdarlığını bildirməsi barədə bəhs edilib. Məqalədəvurğulanıb ki, Qazaxıstan Prezidenti ölkəsinin Azərbaycanın ŞanxayƏməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazır olduğunuqeyd edib.

“Tengrı.news”, “Ulysmedia.kz”, “Optımızm.kz” portallarında dərcedilən materiallarda “Azərbaycan İnvestisiya Holdinqi ilə“Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasındaSəhmdarlar Müqaviləsi”nin imzalanması ikitərəfli qarşılıqlı faydalıəməkdaşlığın daha bir nümunəsi kimi təqdim olunur. Eyni zamanda,diqqətə çatdırılır ki, Prezident İlham Əliyev iki dost ölkəarasında müzakirə edilən və razılaşdırılan bütün istiqamətlər üzrəmüsbət dinamika əldə olunduğunu, nəqliyyat infrastrukturu ilə bağlıməsələlərin fəal şəkildə həyata keçirildiyini bildirib.Azərbaycanın dövlət başçısı qazaxıstanlı həmkarı ilə görüşdə qeydedib ki, iki ölkə mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutuüzrə vahid komanda şəklində fəaliyyət göstərir. O, həmçinin buməsələnin bir neçə gün sonra Qarabağda keçiriləcək və Qazaxıstanliderinin də iştirak edəcəyi Türk Dövlətləri Təşkilatınınqeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacağını vurğulayıb.

Çin mediası isə Azərbaycan Prezidenti İlham Əliyev və Çin XalqRespublikasının Sədri Si Cinpin arasında görüşü və “AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında stratejitərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanmasınıgeniş şəkildə işıqlandırıb.

“ChinaNews” nəşrinin dərc etdiyi məqalədə Si CinpininÇin-Azərbaycan əlaqələrinin səmimiyyətə və qarşılıqlı etimadaəsaslandığı barədə sözləri sərlövhəyə çıxarılıb. Qeyd olunub ki,ÇXR lideri iki ölkənin yaxşı dostlar, bərabərlik və qarşılıqlıfaydaya əsaslanan yaxşı tərəfdaşlar olduğunu, Çin-Azərbaycanmünasibətlərinin həmişə sağlam və sabit şəkildə inkişaf etdiyinivurğulayıb. Məqalədə qeyd olunub ki, Si Cinpin imzalanan BirgəBəyannamə ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqsəviyyəsinə yüksələcəyini, bunun həm də yeni bir başlanğıc nöqtəsiolacağını deyib. Eyni zamanda, məqalədə Azərbaycan Prezidenti İlhamƏliyevin ölkələrimiz arasında əmtəə dövriyyəsinin 3 milyard dollaraçatması, Azərbaycanın artıq Çinin 6 şəhərində ticarət evi açması,həmçinin Çin Xalq Respublikasından Azərbaycana ixracın həcmininartması barədə fikirləri yer alıb.

Çinin CCTV telekanalının saytında, “dajılın.com”,“cpc.people.com”, “News.cn”, “Politics.gmw”, “SZS.news”,“german.cri.china”, “m.cyol.com” portallarında dərc olunanmateriallarda diqqətə çatdırılır ki, Çin və Azərbaycan liderləriningörüşündə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinətoxunulub. Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri vəregionları ilə əlaqələrinin olduğu vurğulanıb. Si Cinpin “VahidÇin” siyasətini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünübildirib. Tərəflər ekstremizmə və separatizmə qarşı mübarizədəölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü xüsusi qeydediblər.

Çin mediasının materiallarında diqqətə çatdırılıb ki, AzərbaycanPrezidenti İlham Əliyev ÇXR-in Sədri Si Cinpin ilə görüşündəAzərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyükəhəmiyyət verdiyini vurğulayıb . O, Tayvanda keçirilmiş seçkilərinAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindənpislənildiyini, Çinin də Azərbaycanın ərazi bütövlüyünə vəsuverenliyinə dəstək ifadə etdiyini qeyd edib.

Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycan Çinin “Bir kəmər,bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdənbiridir. Ölkəmiz nəqliyyat-logistika imkanlarını genişləndirir, busahəyə investisiyalar qoyur. Görüş əsnasında bildirilib ki, buxüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanları5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırmaqabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılıb.

Qardaş Türkiyənin nüfuzlu media orqanları da Prezident İlhamƏliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində türkiyəli həmkarıRəcəb Tayyib Ərdoğanla görüşünü və Pakistanın Baş nazirinin dəiştirakı ilə üçtərəfli görüşü ətraflı işıqlandırıb.

“Anadolu” agentliyi prezidentlərin görüşü və Pakistanın Başnaziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçtərəfli görüşhaqqında geniş məqalə dərc edib. Qeyd edilib ki, liderlər üçtərəfliformatda Zirvə görüşünün ilk dəfə keçirildiyini vurğulayaraq, onuntarixi əhəmiyyətini qeyd ediblər. Bu görüşlərin bundan sonramütəmadi xarakter daşıyacağına əminlik ifadə olunub. Agentlikdiqqətə çatdırıb ki, görüşdə Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb,regiondan kənar ölkələrin Cənubi Qafqazda silahlandırma siyasətiaparmasından narahatlıq ifadə edilib.

Həmçinin ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğunolaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin,innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar vədigər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləriilə bağlı fikir mübadiləsi aparılıb.

“Hürriyet” qəzetinin “Astanada üçtərəfli Zirvə görüşü...Türkiyə,Azərbaycan, Pakistan liderləri bir araya gəldi” sərlövhəliməqaləsində diqqətə çatdırılıb ki, görüşdə Azərbaycanın 44 günlükVətən müharibəsində qardaş Türkiyə və Pakistanın göstərdiyi siyasivə mənəvi dəstək xüsusi vurğulanıb, müdafiə və müdafiə sənayesisahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üçölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” devizialtında keçirilən təlimlərin əhəmiyyəti qeyd edilib.

Qardaş ölkənin “Milliyet”, “Sabah”, Akşam”, “Cümhuriyet”, “YeniÇağ” “Aydınlık” qəzetləri, habelə “TRT Haber”, NTV, “CNN Türk”telekanallarının saytında da Türkiyə, Azərbaycan, Pakistanliderlərinin üçtərəfli görüşü haqqında xəbərlər və məqalələryerləşdirilib.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
67
8
az.trend.az

9Mənbələr