Astana, 4 iyul, AZƏRTAC
Qazaxıstan paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində “ŞƏT Plus” görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, görüşdə Qazaxıstan, Azərbaycan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclası olub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana