AZ

Sütül, yaşıl qozun bilmədiyiniz  faydaları

Sütül, Sütül, yaşıl qozun bilmədiyiniz

İlin günün bu vaxtında qoz ağacının meyvələri yamyaşıldır.

Bu acı ətirli, acı qabıqların əslində çoxlu dərdə dərman olduğunu çoxları bilmir. 

E-saglam.az xəbər verir ki, Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, kal qozun tərkibindəki faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur.

“Yaşıl qoz C, B qrupu, E, PP,  vitaminləri, karotin, minerallar, xüsusilə yodla zəngindir, o həm də antioksidantların, orqanik turşuların, yağ turşularının mənbəyidir. Zob xəstəliyi ilə mübarizədə ən effektiv təbii maddə məhz yaşıl qozdur. Yetişməmiş balaca, qabıqlı yaıl qozları udmaq orqanizmi gücləndirir. Əgər qoz udulmayacaq dərəcədə böyükdürsə, onun yaşıl qabıqlarını kiçik hissələrə bölüb  su ilə içmək olar.Yaşıl qozun dəmləməsi xərçəngin bir çox növlərində xərçəng hüceyrələrinə öldürücü təsir göstərir”,- deyə o bildirib.

E-saglam.az

Seçilən
39
1
e-saglam.az

2Mənbələr