AZ

Çinin BYD şirkəti Cənub-Şərqi Asiyada ilk elektromobil zavodunu açıb

Çinin BYD şirkəti Taylandda elektromobil zavodunu açıb.

FED.az xəbər verir ki, avtomobil istehsalçısının Cənub-Şərqi Asiyada ilk zavodu olan bu müəssisə onu sürətlə böyüyən regional elektrik avtomobil bazarında dominant oyunçuya çevirə bilər.

BYD-nin baş direktoru və prezidenti Wang Chuanfu açılış mərasimində bildirib ki, "Taylandın aydın elektrik avtomobili vizyonu var və avtomobil istehsalında yeni dövrə qədəm qoyur".

BYD-nin zavodu, hökumət subsidiyaları və vergi güzəştlərinin köməyi ilə Taylandda zavodlar quran Çin elektrik avtomobil istehsalçıları tərəfindən 1,44 milyard dollardan çox investisiyalar dalğasının bir hissəsidir.

Hökumətin planına görə, Tailand 2030-cu ilə qədər illik 2,5 milyon avtomobil istehsalının 30 faizini elektrikli avtomobillərə çevirməyi hədəfləyir.

Tayland regional avtomobil yığma və ixrac mərkəzinə çevrilib. Uzun müddətdir ki, bu regionda Toyota Motors, Honda Motors və Isuzu Motors kimi Yaponiya istehsalçıları üstün mövqedə olublar. (Marja)

Seçilən
61
2
fed.az

3Mənbələr