Müsavat Partiyası parlament seçkilərində iştirak edəcəyini bəyan edib.
Bakivaxti.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Ali Məclisi iclasında qərar verilib.
Bildirilib ki, Müsavat Partiyasının Məclis sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.
Bundan başqa, partiyanın Seçki Qərargahı yaradılıb. Qərargaha Atif Hacılı rəhbərlik edəcək.
Əli Hüseynov