AZ

Şimali Makedoniya Prezidenti COP29-da iştirak edəcək

Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev bu ölkənin yeni seçilmiş Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

Ednews  xəbər verir ki, səfir K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qordana Silyanovska-Davkovaya ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə təqdim edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində gündəlikdə duran məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

1720092815_msg586791117-151283.jpg

Seçilən
46
8
ednews.net

9Mənbələr