AZ

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi iyulun 6-dan 7-dək paytaxtda “Kənddənşəhərə” həftəsonu yarmarkası təşkil edəcək.

Nazirlikdən Trend-əbildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərüçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhərsakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğunşəkildə təmin etməkdir.

Yarmarkada, ümumilikdə, 20-dək regiondan 40-a yaxın fermeriniştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatıvə qida məhsullarının satışını həyata keçirəcəklər. Müxtəlifregionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerlikənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə AzərbaycanQida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullarınkeyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar QidaLaboratoriyasının xidmətlərindən faydalana biləcəklər.

Yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyskiküçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında saat09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsizşəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təminolunacaqlar. “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyənfermerlər +994 50 400 88 99 nömrəli “Çağrı mərkəzi” ilə əlaqəsaxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindənmüraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
35
az.trend.az

10Mənbələr