AZ

Qərbi Azərbaycanla bağlı əhəmiyyətli tədbirdə hansı mesajlar veriləcək? — ATXƏM sədri açıqladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan soydaşlarımızın problemlərini hər zaman diqqət mərkəzində saxlayıb və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün mühüm tədbirlər görülməsi barədə tapşırıqlar verib. Bu baxımdan ölkədə və dünyanın müxtəlif yerlərində vacib tədbirlər keçirilib. Bu baxımdan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” mövzusunda keçirilən beynəlxalq konfranslar xüsusi diqqət çəkir. 

Bəs, bu ilin oktyabrında Avropada keçiriləcək Qərbi Azərbaycanla bağlı əhəmiyyətli tədbirdə hansı mesajlar veriləcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında “Azərbaycanlıların və digər türkdilli xalqların əməkdaşlıq Mərkəzi” İctimai Birliyinın (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, əsas məqsəd və mesajlar tədbirdə bildiriləcək.

İlham İsmayılovun sözlərinə görə, tədbir üçün əsasən Avropanın əsas mərkəzi olan Brüssel şəhərini seçilib:

“Bu bizim ikinci layihəmizdir. Birinci layihə keçən il Haaqa şəhərində Avropada yaşayan Qərbi Azərbaycanlılar mövzusu idi. Hər layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. İkinci layihəmiz oktyabr ayında baş tutacaq. Bu dəfə  “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri və təminatı” mövzusudur. Tədbir Avropanın əsas mərkəzi olan Brüssel şəhərində keçiriləcək. Orada bizim tərəfdaş təşkilatlar var. Həmçinin, Türkiyə media qurumları və yerli media qurmaları da cəlb olunacaq. Türk ocaqları və Ayxan Dəmirçinin rəhbərlik etdiyi Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avropa parlamentarilərinin iştirakı da gözlənilir. Mesaj isə Qərbi Azərbaycandan vaxtilə sürgün, deportasiya olunmuş insanların öz ata-baba yurdlarına qayıtmağının hüquqi aspektləri və qayıtdıqdan sonrakı təminatları mövzusu olacaq. Tədbirin əsas əhəmiyyəti bundan ibarət olacaq”. 

Əfsanə Rəcəb
Demokrat.az
Seçilən
107
3
demokrat.az

4Mənbələr