AZ

Pilotsuz təyyarələr Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) hərbi hissəsinə hücum edib

İyulun 4-də səhər saatlarında Rusiyanın Stavropol diyarında pilotsuz təyyarələr Baş Kəşfiyyat İdarəsinin (QRU) hərbi hissəsinə hücum edib. Bir rusiyalı kəşfiyyatçı yaralanıb.

Editor.az bildirir ki, bu barədə ASTRA mənbələrə istinadən xəbər verir. “QRU-nun Moskva kəndlərinin birində yerləşən 33443 saylı xüsusi təyinatlı hərbi hissəsinə (Osnaz) iki pilotsuz təyyarə hücum edib.

Onlardan biri partlayıb, bir kəşfiyyatçı yaralanıb”, – məlumatda deyilir. Eyni zamanda, yerli hakimiyyət orqanları İzobilnenski rayonunun Moskovskoye kəndində “iki pilotsuz təyyarənin düşdüyünü” də bəyan ediblər: İnfrastruktur zədələnməyib. Bütün sistemlər normal işləyir”, – məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
92
editor.az

1Mənbələr