AZ

Havanın temperaturu yüksəlir

İyulun 5-də Bakıda və  Abşeron yarımadasında hava yağıntısız olacaq. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə müsbət 20+25, gündüz müsbət 32+37 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.

Azərbaycanın rayonlarında hava əsasən yağıntısız olacaq. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 20+25, gündüz müsbət 32+37, dağlarda gecə müsbət 8+13, gündüz müsbət 18+23 dərəcə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
2
turan.az

10Mənbələr