AZ

ABŞ-da DƏHŞƏT YAŞANIR - 25 min insan TƏXLİYƏ EDİLDİ

ABŞ-da (Şimali Kaliforniya) meşə yanğını səbəbindən 25 mindən çox insan təxliyə edilib.

Musavat.comSputnik Gürcüstan”a istinadən xəbər verir ki, Kaliforniyanın paytaxtı Sakramentodan təxminən bir saatlıq məsafədə yerləşən Orovil şəhəri yaxınlığında dəhşətli yanğın baş verib.

Qeyd olunub ki, yanğın 1200 hektardan çox ərazini yandırdığı üçün minlərlə ev təhlükə altındadır.

Yanğınların söndürülməsinə 1400-ə yaxın yanğınsöndürən və helikopter cəlb edilib. Yaxın günlərdə havanın temperaturunun 46 dərəcəyə çatacağı gözlənilir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
musavat.com

10Mənbələr