Almaniyada fabrik sifarişləri ardıcıl olaraq beşinci ayda da, azalıb.

İndex.az xəbər verir ki, Almaniyada fabrik sifarişləri zəif xarici tələbin təsiri ilə may ayında aylıq bazda 1,6% azalıb.

Fabrik sifarişləri üçün bazar gözləntisi aylıq 0,5%-lik artımın olacağı yönündə idi.

Almaniyada may ayında yerli sifarişlərdə aylıq 0,5% artım olduğu halda, beynəlxalq sifarişlərdə 2,8% azalma müşahidə olunub.

Sözügedən ayda “Avrozona”dan yeni sifarişlər aprel ayı ilə müqayisədə 0,1%, “Avrozona”dan kənar ölkələrdən Almaniyaya sifarişlər isə 4,6% azalıb.