AZ

D-8 ölkələrindən "Qəzza" çağırışı

İnkişaf etməkdə olan 8 Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı Qəzza zolağında “insanlığa qarşı cinayətlər və zorakılıq aktları”nın dayandırılmasını tələb edib.

Banqladeşin paytaxtı Dəkkədə keçirilən D-8-in 47-ci iclasından sonra verilən ortaq bəyanatda Qəzza zolağında insan haqları pozuntularından narahat olduğu və İsrail ordusunun fələstinlilərə “əziyyət” verdiyi bildirilib.

Qəzzada humanitar yardım dəhlizinin açılmasına və Qəzza zolağında “insanlığa qarşı cinayətlərin və zorakılıq aktlarının” dayandırılmasına çağıran bəyannamədə “Bütün üzv dövlətləri məsələ ilə məşğul olan beynəlxalq qurumlarla əməkdaşlığa dəvət edirik. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) kimi." "Biz sizi əməkdaşlıq çərçivəsində humanitar yardım göstərməyə dəvət edirik",-deyə qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
372
50
aznews.az

10Mənbələr