AZ

2 manat ödə, 1 il pulsuz nəqliyyatdan istifadə et- AYNA-dan REAKSİYA

Kibercinayətkarlıq son günlərdə bir çox insanın üzləşdiyi əsas problemlərdən biridir. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıqlar olunmasına baxmyaraq, bu problemlə üzləşən vətəndaşların sayı hər gün artır.

Artıq bir neçə gündür sosial şəbəkədə  “Bakı Kart”la bağlı “fırıldaq oyun” keçirilir. “Qalib şəxs” bir il ərzində ictimai nəqliyyatdan “pulsuz” xidmət haqqı qazanır. Saxta link vasitəsilə vətəndaşların şəxsi və kart məlumatları ələ keçirilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.

Agentliyin sözcüsü Tural Orucov bildirdi ki, 2 azn ödəyərək ictimai nəqliyyatdan 1 il ərzində pulsuz istifadə imkanın yaradılması ilə bağlı bəzi sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti  əks etdirmir:

“Kiberdələduzlar qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə sosial şəbəkələrdə hesablar yaradaraq, bu hesablar üzərindən vətəndaşları müəyyən linklərdə qeydiyyatdan keçməyi təşviq edirlər. Vətəndaşlardan qazandıqları hədiyyənin çatdırılması üçün fərdi məlumatları və ödəniş üçün bank kartının məlumatlarını daxil etməsi istənilir. Vətəndaş keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir”.

“Vətəndaşlara belə bildirişlərə inanmamağı və bank məlumatlarını təqdim etməməyi tövsiyə edirik”,- deyə Tural Orucov əlavə etdi.

Emin ŞİRVANZADƏ

Seçilən
151
herbiand.az

1Mənbələr