AZ

Əhmədin dayısı: "Ölən də, öldürən də mənimdir" – VİDEO  

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Əhməd Əhmədovun dayısı Baxış Bədəlov “unikal.az”a açıqlama verib: 

“Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”. 

Qeyd edək ki, Əhməd Əhmədov ailə üzvlərini qətlə yetirdiyini etiraf edib, ifadə vermək istəməyib. 

Bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
5
bizim.media

10Mənbələr