Birinci Liqada çıxış edən «İmişli»nin yeni məşqçilər korpusu müəyyənləşib. Baş məşqçi postunda Əsgər Abdullayevi əvəzləyən Fərid Namazov özünə 2 köməkçi götürüb. Bunlar Zeynalabdin Hüseynov və Əyyub Əliyevdir.
Aran təmsilçisi ötən mövsümü dördüncü pillədə başa vurub. Premyer Liqaya yüksəlmək vəzifəsinin öhdəsindən gələ bilməyən Ə.Abdullayevlə yollar iyunun əvvəlində ayrılıb.
SPORTİNFO.AZ
SPORTİNFO.AZ