AZ

Stalinin qorxduğu azərbaycanlı - Yeraltı aləmin patriarxı

1916-cı il dekabrın 30-da tariximizin ən sirli, mübahisəli və bədbəxt personajlarından biri olan Qriqori Rasputin Petroqradda qətlə yetirilib. O, son Rusiya imperatoru II Nikolayın qalmaqallı sevimlisi və ailəsinin dostu kimi dünya şöhrəti qazanıb.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Rasputin çox müəmmalı və sirli şəxsiyyət olub:

“Rasputin Sankt-Peterburq mühitində mənəvi asketizmi və şəfaçı “hədiyyəsi” sayəsində məşhurlaşıb. İnsanların taleyini təxmin etmək və gələcəyi görmək qabiliyyəti ilə Çarın diqqətini cəlb edib. Onun ölümü haqqında mifik rəvayətlər dolanır. Guya onun şərab və tortuna zəhər qatıblar. Amma heç bir təsiri olmayıb. Bir məclis zamanı, adamlardan biri təklikdə onu arxadan bıçaqlayıb və öldüyünü fikirləşib otaqdan çıxıb. Sonra paltosunu unudan qatil otağa qayıdanda onun hələ də sağ olduğunu görüb və boğmağa başlayıb. Tərpənməz halda olsa da yenə də onun nəfəs aldığını görüblər. Daha sonra otağa girən digər qatillər onu daha 3 dəfə bıçaqlayıblar, amma Rasputin yenə də ayağa qalxmağa çalışıb. Bu zaman onu beysbol çubuqları ilə vurmağa başlayıblar və kəfənləyib çaya atıblar. Sonradan ekspertizada məlum olub ki, Rasputin çayın soyuq olmasından dünyasını dəyişib. Əslində bunlar hamısı əfsanədir”.

Tarixçi bildirib ki, Rusiya arxivlərində onun ölümü haqqında rəsmi sənədlərdə yazılıb:

“Yarılma materiallarına görə, Rasputinin bədənində heç bir zəhər izi tapılmayıb. İlk güllə yarası ölümcül idi. İkinci güllə onun kürəyinə dəyib. Alnından üçüncü güllə mərmisi çıxarılıb. Ağciyərlərdə su və ya boğulma ilə bağlı digər ölüm əlamətləri aşkar edilməyib.
Beləliklə, bu sənəd göstərir ki, Rasputinin fövqəltəbii heç bir gücü olmayıb.

Bəs onu öldürən kim idi?

Bu barədə Rusiyada müxtəlif versiyalar var. Amma arxivlərdə bir ismin adı üzərində çox durulur. Ürfan Yusubov.

Kimdir bu Ürfan Yusubov?

Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan, lakin əsl adı, Ürfan İbrahim oğlu Yusifli Ağdam rayonunda anadan olub. Atası imkanlı bəy ailəsindən idi. Kriminal dünyada "Bəbir" kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatmışdır. Peterburq Tibb Universitetində təhsil alan Ürfan burada Yusubov kimi sənədləri təqdim edir. Yusifli soyadını qəbul etməyən universitet ona ov-yev soyadı götürmək şərti qoyur. Atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq cəmiyyətdə sosial ədalətsizlik görərək etirazını dəfələrlə bildirən Ürfan, yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Ürfan Yusubov Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb qara qanun deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və ona bu qanunları yazmaqda Moğol imperatoru Çingiz xanın Yasası olur. Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yazmışdır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyasının qanunlarının bünövrəsinin qoyulmasına səbəb oldu və ona kriminal aləmdə tanınması üçün Bəbir ayaması verirlər. Bəbir bu Yasanın ilk iki maddəsi ilə demək olar ki, oğru dünyasının bünövrəsini qoymuşdu.

Qanun əsasında idarəçilik-Oğru qanunlarına görə qara qanunda nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyanın böyükləri nə qərar qəbul eləsə digərləri onu müzakirə etmədən icra etməlidirlər.

Böyük oğru ailəsinin yaradılmasına səbəb olan "Bəbir" 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Onun kommunist ideyalarına görə hörmət edir, amma dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşüb. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir. Mənbələrin qeyd etdiyinə görə Lenin ilə Stalinin ən çox çəkindiyi və qorxduğu adam məhz "Bəbir" - Ürfan İbrahim oğlu Yusifli idi.

Tümen vilayətində onlarla millətin və hər cürə cinayətə görə olduğu həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazsa da oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir iş görə bilmir. Çünki bütün ölkədə olan həbsxanalara malyava-məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi.

1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt-Peterburq şəhərində bir müddət yaşayır, həbsxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı. Məhz Rasputini öldürməkdə məqsədi Çarın ən yaxın adamı olan bu şəxsin zəiflər və gücsüzlər üzərində hökmü, günahsız qızları oğurlayıb aparıb cinsi istismara qoyması idi. Dəfələrlə ona kasıb ailələr Rasputinin onların gənc qızları oğurlayıb aparmasını şikayət etməsindən sonra Bəbir bu qaranlıq keçmişi olan Rasputini öldürmək qərarına gəlməsinə səbəb yaradır. Məclislərin birində ona atəş açır, ilk gülləsi qolundan dəyir, qaçmağa çalışan Rasputinin arxasından atdığı ikinci güllə onu yerə yıxır. Üçüncü atəş düz onun alının ortasından olur ki, bu da onun həyatına son qoyur.

Sual ola bilər. Bəs onun adını niyə ruslar gizlədir.

1- Bəbirin azərbaycanlı olması

2- Onun oğru aləminin kralı olması

3- Özü bunun hallanmasını istəməyib və Çar polis sistemi onun adını qeyd etməkdən çəkinib. Buna görə də sənədlərdə Rasputini öldürən şəxsin Yusupov Feliks Feliksoviç olduğu yazılır.

Rus siyasətçi, Purişkeviç, Vladimir Mitrofanoviç də öldürən şəxsin Feliks Yusupov olmadığını qeydlərində yazıb.

Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra Lenin və Stalinin artan gücünü görən Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə köçür, sonra Səudiyyə Ərəbistana Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir. Deyilənə görə Türkiyədə dəfn edilib”.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
11
teleqraf.com

10Mənbələr