AZ

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.
 
"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada “biletim.az” portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.
Seçilən
98
11
moderator.az

10Mənbələr