Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və “ŞƏT Plus” iclası formatında keçiriləcək.
ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında”, “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüs qəbul ediləcək.