AZ

“Putin növbəti sülh sammitinə dəvət oluna bilər” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin növbəti sülh sammitinə dəvət oluna biləcəyini etiraf edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, buna baxmayaraq Zelenski Putinin yaxın gələcəkdə mümkün danışıqlarda iştirakını gözləmədiyini bildirib.

Ukrayna Prezidenti Rusiya-Ukrayna münaqişəsində ədalətli son haqqında da danışıb. Onun fikrincə, bunun üçün ABŞ və Çinin birgə səyləri lazımdır.

Zelenski əlavə edib ki, Ağ Ev rəhbəri və Çin Xalq Respublikasının sədri fikir ayrılıqlarını bir kənara qoysalar, vasitəçi ola bilərlər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna liderinin ofisinin rəhbəri Andrey Yermak Ukraynanın Rusiyaya güzəştə getməyə və ərazilərini Moskvaya verməyə hazır olmadığını bildirmişdi. /yeniavaz.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
turkustan.az

10Mənbələr