İranda prezident seçkilərinin ikinci turunun təbliğat-təşviqat kampaniyası başa çatıb.
“Cebhe.info” xəbər verir ki, bu gün İranda 14-cü prezident seçkilərinin ikinci turunun təbliğat-təşviqat kampaniyasının müddəti bitib.
Qanunvericiliyə əsasən, səhər saat 08:00-dan etibarən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlilinin, habelə onların tərəfdarlarının hər hansı seçki təşviqatı aparması qadağan olunub.
Qeyd edək ki, İranda 14-cü prezident seçkilərinin ikinci turu 5 iyulda keçiriləcək. Məsud Pezeşkian və Səid Cəlili prezidentlik uğrunda mübarizə aparacaqlar.