AZ

"Azərsun" maliyyə vəziyyətini açıqladı - 1,9 milyard gəlir, 58 milyon manat xalis mənfəət

Azərbaycanda iri qida məhsulları istehsalçısı olan "Azərsun Holdinq" MMC 2023-cü ili 58 milyon 312 min manat xalis mənfəət ilə başa vurub. Holdinq 2022-ci ili 15 milyon 197 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərsun Holdinq"in xalis mənfəəti 3,8 dəfə artıb. Xalis mənfəətin artması 2023-cü ildə holdinqin əsas əməliyyat gəlirindən başqa 67 milyon 932 min manat digər gəlir əldə etməsilə əlaqədardır.

Marja.az "Azərsun Holdinq" MMC və onun törəmə müəssisələrinin 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri (satış) 2022-ci ildə 1 milyard 825 milyon 369 min manat ikən, 2023-cü ildə 1 milyard 810 milyon 863 min manat təşkil edib (14 milyon 501 min manat azalıb).

2023-cü ildə "Azərsun Holdinq" 67 milyon 932 min manat digər gəlir əldə edib (2022-ci ildə 2 milyon 663 min manat). 

AzərsunHoldinq
Seçilən
102
50
marja.az

10Mənbələr