AZ

"Azeri Light" bu gün neçəyə satılır?

Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.

Ötən gün neftimiz 90,78 ABŞ dollarına ticarət edilib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,83 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
11
qaynarinfo.az

10Mənbələr