AZ

Jurnalistlərin ev dustaqlığı vəsatətləri təmin olunmadı

İyulun 3-də Xətai rayon Məhkəməsində “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının və jurnalist Elnarə Qasımovanın həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.



Bu barədə “Turan”a onların vəkilləri məlumat verib.



Jurnalistlər hesab edir ki, onların həbsdə saxlanmasının heç bir əsas yoxdur.



Məhkəmə vəsatəti təmin etməyib.



Ü.Həsənli 2023-cü il noyabrın 20-də, S.Vaqifqızı noyabrın 21-də, E.Qasımova isə yanvarın 13-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.



Jurnalistlər özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.



Azadlıq radiosu





Share




Tweet


Share



Share

Seçilən
105
1
azadliq.info

2Mənbələr