AZ

ƏLƏSGƏR MƏMMƏDLİNİN HƏBS MÜDDƏTİ DAHA 3 AY UZADILDI

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Bu barədə jurnalistlərə vəkil Aqil Layıc bildirib. Onun sözlərinə görə, Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır. 

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb və istintaqa təhvil verilib.

Seçilən
113
1
tezadlar.az

3Mənbələr