AZ

Bu il Azərbaycanda 16 mindən çox insanı heyvan dişləyib » Medical Media


Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8 924-ü məlum, 7 356-sı isə naməlum heyvan tərəfindən olub:
"Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub".
Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: "Ötən il isə cəmi iki belə hadisə olub".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
12
medicalmedia.az

10Mənbələr