AZ

Ən böyük kiçik balığı tutdu: ABŞ-də yeni rekorda imza atıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li balıqçı ən böyük qırmızıqarın xanı balığını tutmaqla rekord qırıb.
Bildirilib ki, hadisə corciyalı Ceymi Boyettin dostu və səkkiz yaşlı oğlu ilə birlikdə balıq ovuna çıxdığı zaman baş verib. Digər balıqlarla yanaşı, onlar 22 santimetr uzunluğunda kiçik bir balıq tutublar, ancaq bu balığın hansı növə aid olduğunu müəyyən edə bilməyiblər.
"Dostum bunun xanı balığı ola biləcəyini dedi, amma mən güldüm, çünki bu, indiyə qədər gördüklərim arasında ən böyüyü idi", - deyə ABŞ-li balıqçı bildirib.
Lakin evə qayıtdıqdan sonra Boyett tutduğu kiçik balığı yoxlamağa qərar verir.
Nəticədə məlum olub ki, bu həqiqətən də qırmızıqarın xanı balığıdır (Lepomis gibbosus), özü də Corciyada indiyə qədər qeydə alınanlardan ən böyüyüdür. Balığın çəkisi 340,1 qram təşkil edib.
Bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. O zaman tutulan balığın çəkisi təxminən 312 qram olub.
Boyettin nailiyyəti hökumət tərəfindən rəsmi olaraq tanınıb. Boyett şübhəli ovunu yenidən yoxlamaq qərarından çox məmnun olduğunu bildirib.
Mənbə: Lenta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
oxu.az

10Mənbələr