AZ

İranda seçki məntəqələrinin müddəti yenidən UZADILDI

İranda prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin işi yenidən, bu dəfə saat 22:00-a qədər uzadılıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Bundan əvvəl seçki məntəqələrinin işinin saat 20:00-a qədər uzadıldığı bildirilib.

Keçmiş islahatçı səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili prezidentlik uğrunda mübarizə aparacaqlar.

Seçilən
170
50
unikal.az

10Mənbələr