AZ

"Neftçi"nin yeni transferi üçün ödədiyi məbləğ

"Neftçi"nin Azərbaycan millisinin yarımmüdafiəçi Emil Səfərovun keçidi üçün ödədiyi məbləğ bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Transfermarkt” portalında bakılıların Səfərovun transfer üçün “Qəbələ”yə 200 min avro (təxminən 365 min manat) ödədiyi qeyd olunub.

Səfərov “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan Emillə “Qarabağ” da maraqlanırdı.

"Neftçi"nin bu yay Emillə yanaşı transferini reallaşdırdığı digər futbolçu Edvin Kuçdur.

Seçilən
56
2
sportinfo.az

3Mənbələr