AZ

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində güləş üzrə 20 yaşlılar arasındaAvropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu günyunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Tural Əhmədov (60 kiloqram) təsəlliverici görüşdə yunanıstanlıİlias Zairakisə heç bir şans tanımayıb – 12:0. Həmyerlimizhəlledici qarşılaşmada ukraynalı Boqdan Xrişinə 3:1 hesabı iləqalib gələrək Avropa üçüncüsü olub.

Fəraim Mustafayev (67 kiloqram) təsəlliverici görüşlərdərumıniyalı İosif Yonesku (11:3) və belaruslu Vyaçeslav Jelayevə(10:1) tam üstünlüklə (10:1) qalib gəlsə də, bürünc medal uğrundaqarşılaşmada gürcüstanlı Rati Xozrevanidzeylə bacarmayıb –0:11.

Ruslan Nurullayev (72 kiloqram) yunanıstanlı ArionasKolitsopulosa 4:1 hesabı ilə qalib gələrək bürünc medalı boynundanasıb.

İsmayıl Rzayev (82 kiloqram) finalda türkiyəli Alperen Berberləqarşılaşıb. Bu il böyüklər arasında Avropa çempionu olmuş Berberəmüqavimət göstərmək mümkün olmayıb – 0:8. Rzayev qitə birinciliyinigümüş medalla başa vurub.

Seçilən
123
12
az.trend.az

10Mənbələr