AZ

Qəzzada ölənlərin sayı 37 min 953-ə yüksəlib

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada can itkisi 37 min 953-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 hücum həyata keçirdiyi və bu hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 125 fələstinlinin isə yaralandığı bildirilib. Bununla da İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayı isə 87 min 266-ya yüksəlib.

Seçilən
127
5
operativmm.az

10Mənbələr